Vüqar Əliyev KZF-nun İşçi Qrupunun üzvü təyin olunub | KPMG | AZ

Vugar Aliyev has been appointed as member of the Working Group of Credit Guarantee Fund of the Republic of Azerbaijan

Vüqar Əliyev KZF-nun İşçi Qrupunun üzvü təyin olunub

Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Vüqar Əliyev Azərbaycan Respublikasının Kredit Zəmanət Fondunun İşçi Qrupunun üzvü təyin olunub

1000

Related content

Vugar-Aliyev

Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentybar 2017-ci il Fərmanı ilə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (“Fond”) yaradılması qərara alınmışdır. Fond, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin    2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədilə yaradılmışdır.

Fonda həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və Fondun fəaliyyətinin qabaqcıl beynəlxalq praktikalara uyğun həyata keçirilməsi məqsədilə cənab Prezident tərəfindən müvafiq İşçi qrupu təsdiq edilmişdir. İşçi qrupuna bir sıra mühüm istiqamətlər üzrə, o cümlədən, aşağıdakılara dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tapşırılmışdır:

  • Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı barədə təkliflər;

beynəlxalq təcrübə nəzərə alınmaqla:

  • sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi qaydasının layihəsini;
  • sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi halları və qaydasının layihəsini;
  • risklərin azaldılması məqsədilə kredit reytinq sisteminin tətbiqini müəyyənləşdirən qaydanın layihəsini və digər risk menecmenti alətlərinin tətbiqinə dair təkliflər və s.

Fəxrlə bildirik ki, KPMG-in Rusiya və MDB ölkələri üzrə Maliyyə Xidmətləri Praktikasının Rəhbəri və KPMG-nin Azərbaycandakı ofisinin rəhbəri, Vüqar Əliyev, sözügedən İşçi Qrupunun üzvü qismində cənab Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilmişdir. Əminik ki, Vüqar Əliyevin maliyyə sistemləri sahəsindəki geniş beynəlxalq və Azərbaycanın maliyyə sektorundakı praktik təcrübəsi ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bu təşəbbüsün həyata keçirilməsində öz töhfəsini verəcəkdir.

Vüqar Əliyevə bu vacib vəzifəsinin icrasında uğurlar diləyirik!

© 2018 KPMG Azerbaijan Limited, a company incorporated under the Laws of the Guernsey, acting through its Representative Office in the Republic of Azerbaijan, a member firm of the KPMG network of independent member firms affiliated with KPMG International Cooperative (“KPMG International”), a Swiss entity. All rights reserved. Printed in Azerbaijan.

Connect with us

 

Request for proposal

 

Submit